İqtisadi əməkdaşlıq imkanları müzakirə edilib
Azərbaycanla Pakistan arasında iqtisadi əməkdaşlıqla bağlı potensialın reallaşdırılması müzakirə edilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, müzakirələr Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə videokonfrans formatında keçirilmiş görüşdə aparılıb.
“Görüşdə ölkələrimizin uğurlu tərəfdaşlığını məmnunluqla vurğuladıq. Ticarət əlaqələrinin və qarşılıqlı sərmayələrin intensiv təşviqi istiqamətində müzakirələr apardıq”,- deyə M.Cabbarov vurğulayıb.