Müsəlman qəbiristanlığında vandalizm aktı törədilib…
…Xabarovskda naməlum şəxslər şəhər qəbiristanlığının ənənəvi olaraq müsəlmanların – ilk növbədə tatarların və başqırdların dəfn edildiyi 13-cü sektorda vandalizm aktı törədiblər
SİA-nın məlumatına görə, bu barədə Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi bildirib.
Hücum edənlər Quran ayələri olan stendi dağıdıb və üzərində “Müsəlman sektoru 13” yazısı olan darvazasını söküblər. Qəbiristanlığın bu hissəsindən 20-ci əsrin ortalarından Xabarovsk müsəlman icması istifadə edir və indiyədək belə hadisələr qeydə alınmayıb.
Bundan əvvəl Xabarovskda daha bir səs-küylü insidentlə bağlı xəbərlər yayılmışdı və bu, müftiliyin narahatlığına səbəb olmuşdu.
Belə ki, yerli məscidə basqın zamanı cümə namazı pozulmuşdu…
Əli Babayev