Siyasət

Pozucu qüvvələrin və terror qruplaşmalarının destruktiv cəhdlərinin qarşısı alınmalıdır


Əfqanıstanda vəziyyətin gərgin qalmasında maraqlı olan pozucu qüvvələrin və terror qruplaşmalarının destruktiv cəhdlərinin qarşısının alınmalıdır. SİA xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Bakıda Əfqanıstanla bağlı tədbirdə deyib.

Xidmət rəisi qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd Əfqanıstanla bağlı məsələdə vahid mövqe ortaya qoyulmasıdır:

“Əfqanıstanın beynəlxalq münasibətlər sistemində öz yerini tutması, bu ölkədə əmin-amanlığın təmin edilməsi vacibdir. Bütün bunlar üçün region ölkələrinin və digər dövlətlər koordinasiyalı fəaliyyət və birgə səy göstərəcəklər”.