Zelenski isə 30 gün müddətində qeyd-şərtsiz atəşkəsə çağırıb
…Avropa liderləri Kiyevi mayın 9-dan əvvəl Moskva ilə atəşkəslə razılaşmamağa inandırmaq niyyətindədir.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə “Advance” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, yaxın günlərdə Avropa İttifaqı nasizm üzərində qələbənin simvoluna çevrilən gündə “Rusiyanın zəfərinin” qarşısını almaq üçün Ukrayna ilə əlaqələri gücləndirəcək.
Nəşrin müşahidəçisi qeyd edib ki, Moskva sülh danışıqlarına Kiyevdən daha çox hazır olduğunu nümayiş etdirir.
…Avropa Ukraynaya mayın 9-dan – bu gün 1945-ci ildən bəri bütün illərdə olduğundan daha çox simvolizmə malik olan günə qədər Rusiya ilə razılığa gəlmək şansı verməyəcək.
Məqalədə deyilir bu.
…Aprelin 28-də Rusiya prezidenti Vladimir Putin Qələbənin 80-ci ildönümünün qeyd olunduğu müddətdə atəşkəs elan edib.
Mayın 7-8-i gecə yarısından 10-11-i gecə yarısınadək qüvvədə olacaq. Kremlin mətbuat xidməti bu müddət ərzində Ukrayna tərəfinin də atəşkəs rejiminə əməl edəcəyini gözlədiyini bildirib.
Daha sonra Ukrayna lideri Vladimir Zelenski üç günlük atəşkəsin növbəti manipulyasiya cəhdi olduğunu iddia edib. O, ən azı 30 gün müddətində “dərhal, tam və qeyd-şərtsiz atəşkəs”ə çağırıb.
Əli Babayev