İqtisadiyyat

AMB “Finoko” BOKT-a icrası məcburi göstəriş verib


Azərbaycan Mərkəzi Bankı (AMB) “Finoko” ASC bank olmayan kredit təşkilatına (BOKT) icrası məcburi göstəriş verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, BOKT bu ilin I rübü üzrə prudensial tələblərə dair hesabatları “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 24.2-ci maddəsinin tələblərini pozaraq təqdim etməyib. Odur ki, qanunun 25.1.5-ci maddəsinin tələbləri rəhbər tutularaq hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.