Azərbaycanda avtomobil kreditləri bahalaşıb
Bu ilin I rübündə Azərbaycanda avtomobil kreditlərinin orta illik faiz dərəcəsi 12 % təşkil edib. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu 2024-cü ilin sonundakı göstəricidən 2 faiz bəndi yüksəkdir.
Yanvar-mart aylarında məişət avadanlıqlarının alınması üçün verilən kreditlərin orta faizi dəyişməyərək 25 % qalıb, yaşayış sahələrinin təmiri üçün verilən kreditlərin orta faizi isə 16 % (dəyişməyib) təşkil edib.
I rübdə kredit kartları vasitəsilə milli valyutada verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi 2024-cü ilin sonundakı göstərici ilə müqayisədə 1 faiz bəndi azalaraq 25 %-ə düşüb.
Digər istehlak kreditləri üzrə orta faiz isə 2024-cü ilin dekabrındakı göstərici ilə müqayisədə 1 faiz bəndi artaraq 21 %-ə çatıb.