Bolqarıstan portalı Prezident İlham Əliyevin iranIı həmkarı ilə görüşündən yazıb
Bolqarıstanın milli xəbər agentliyi “BTA” AZƏRTAC-a istinadən Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşünü geniş işıqlandırıb. Bildirilib ki, görüş zamanı hökumətlərarası komissiyanın fəaliyyəti müzakirə olunub və xüsusilə elektrik enerjisi sahəsində əməkdaşlıq məsələlərinə toxunulub. Araz çayı üzərində su elektrik stansiyalarının inşası və Ağbənd-Kəlalə magistralı üzərində körpü layihəsinin tamamlanması kimi mühüm məsələlər diqqət mərkəzində olub. SİA xəbər verir ki, qeyd olunub ki, prezidentlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar. Hər iki tərəf regional problemlərin region ölkələri tərəfindən həll olunmasının vacibliyini qeyd edərək, bu kontekstdə “3+3” regional əməkdaşlıq formatının əhəmiyyətini vurğulayıblar. Diqqətə çatdırılıb ki, görüşdə həmçinin, Şimal-Cənub nəqliyyat dəhlizi, turizm və mədəniyyət sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.
Azərbaycanın dövlət başçısı qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizi bu layihə iştirakçı ölkələr üçün böyük fayda və üstünlüklər yaradacaq. Azərbaycan bu dəhlizin ölkə ərazisində fəaliyyət göstərməsi üçün bütün zəruri infrastruktur layihələrini artıq tamamlayıb.