İqtisadiyyat

Dövlət Vergi Xidmətinin sanksiya tətbiq edəcəyi şəxslərin siyahısı genişlənib


Bu ildən Azərbaycanda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində öhdəlik daşıyan şəxslər lazımi addımlar atılmasa onlara qarşı sanksiyalar tətbiq ediləcək. SİA xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə monitorinqi şöbəsinin rəisi Orxan Abdinov bildirib.

“Qoyulan tələblərin yerinə yetirilməsi ilə bağlı öhdəlik daşıyan şəxslərdən müvafiq addımların atılmasını gözləyirik”, – deyə o qeyd edib.