Dünya

Dünyanın ən nəhəng avtomobil daşıyıcısı yeni reysə çıxır…


…Çinin avtomobil nəhəngi BYD, 9 mindən çox avtomobil tuta bilən yeni Shenzhen gəmisini Braziliyaya göndərib.

Yeni gəmi BYD üçün dördüncü gəmidir və hazırda dünyanın ən böyük avtomobil daşıyıcısıdır.

SİA-nın məlumatına görə, bu həftə BYD Shenzhen ilk xarici səfərinə çıxıb.

…Baxmayaraq ki, 20 futbol meydançasını doldurmaq üçün kifayət qədər 9200 dayanacaq yeri var, Shenzhen ilk səyahətində yalnız 7000 park yeri daşıyır.

Bu avtomobillərin hamısı elektrikli nəqliyyat vasitələri və plug-in hibridləridir. Bu, Çindən bu günə qədər ixrac edilən yeni enerji vasitələrinin ən böyük partiyasıdır.

…Qeyd edək ki, BYD 2024-cü ilin yanvarında özünün ilk avtomobil daşıyıcısı olan Explorer №1-i istifadəyə verib. O, artıq Almaniya, İspaniya və Braziliyaya bir neçə reys həyata keçirib.

İkinci gəmi, BYD Changzhou, 2024-cü ilin dekabrında yola çıxıb.

Şirkət bu ilin əvvəlində Hefei gəmisini istismar etməyə başladı. Hər üç gəmi 7000-ə qədər nəqliyyat vasitəsini daşıya bilir.

BYD daha iki gəmini, Changsha və Xi’an-ı suya buraxmağa hazırlaşır.

Təbii ki, yeni avtomobil daşıyıcıları xarici bazarları ələ keçirməyi sürətləndirməyə kömək edəcək.

…Və yeri gəlmişkən, 2025-ci ilin ilk üç ayında şirkət xaricə 206 mindən çox elektromobil və hibrid satıb.

Əli Babayev