Papa II İohann Pavelin mühafizəçisi nələr danışdı…
…Keçmiş İsveçrə mühafizəçisi Mario Ensler 1989-1993-cü illər arasında Vatikanda həyata keçirdiyi unikal xidmətinin təfərrüatlarını açıqlayıb.
SİA-nın məlumatına görə, Enzler papalıq sarayında mühafizəçi kimi çalışaraq Papa II İohann Pavelin şəxsi mühafizəsi ilə bağlı tapşırıqları yerinə yetirib.
Enzlerin xidmətinin diqqətəlayiq məqamları arasında Amerika prezidenti Corc Buşla (ata) görüşü olub.
Bu görüş zamanı bir qrup jurnalist Enzleri və onun həmkarlarını “sıxışdıraraq” papaya yaxınlaşmağa nail olublar.
Digər yaddaqalan epizod məşhur aktyor Şon Conneri, ilk Ceyms Bondun mühafizəçiyə birgə fotosessiya etdirməyi təklif etməsi olub.
Məhz onun Papa ilə qarşılıqlı əlaqəsi Enslerə öz inamını gücləndirməyə kömək edib və bu da onun gələcək karyerası ilə bağlı qərarlarında böyük rol oynayıb.
Maraqlıdır ki, qüsursuz nizam-intizam imicinə baxmayaraq, sərt növbədən sonra mühafizəçilər barlara baş çəkərək əhval-ruhiyyələrini bərpa edib, orada gitara çalıb, spirtli içkilər içərək əylənirmişlər.
Qeyd edək ki, dünyanın ən qədim aktiv ordusu olan İsveçrə Qvardiyası 16-cı əsrdə yaradılıb.
Bu ordu Pontifik və Müqəddəs Taxt-Tac təsisatlarının maraqlarını qoruyur.
Namizədlər üçün tələblər kifayət qədər sərtdir: siz İsveçrədə hərbi xidməti başa vurmuş, ölkəyə və kilsəyə xidmət etməyə hazır olan katolik olmalısınız.
Əli Babayev