Month: April 2025

“Hələ də o yadıma düşəndə gülürəm”

Bu gün Beynəlxalq Gülüş Günüdür. Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 apreli “Səfehlər günü”, Fransada isə “Aprel balığı günü” adlandırılır. Mövzu ilə əlaqədar olaraq SİA paytaxt sakinləri arasında sorğu…

Samir Şərifov Ukrayna səfiri ilə strateji tərəfdaşlıq məsələlərini müzakirə edib

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovla görüşüb. SİA xəbər verir ki, bu barədə səfir “X”də yazıb. Məlumata görə, görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq gündəliyindəki əsas məsələlər müzakirə edilib. “İkitərəfli münasibətləri daha da…

Myanmada 5,0 maqnitudalı zəlzələ baş verib

Myanmada Hindistanla sərhəd yaxınlığında 5,0 maqnitudalı yeni zəlzələ baş verib. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Mandalay şəhərindən 16 km cənub-şərqdə, zəlzələ ocağı isə 10 km dərinlikdə yerləşib. Qeyd…

“Ailə uşağın ilk tərbiyə məktəbidir”

“Tərbiyə insanın şəxsiyyət kimi formalaşmasına, əxlaqi və sosial dəyərləri mənimsəməsinə kömək edən məqsədyönlü prosesdir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Orxan Şəfizadə deyib. Onun sözlərinə görə, bu proses insanın davranışlarına, dünyagörüşünə, mənəvi dəyərlərinə təsir edərək onun cəmiyyətə yararlı fərd olmasını…

Binalarda 55 mindən artıq mənzil sənədləşdirilib

Prezident İlham Əliyevin 19 fevral 2019-cu il tarixli “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanına uyğun olaraq Azərbaycanda istismarına icazə verilməyən binalarda 55 mindən artıq mənzil sənədləşdirilib. SİA xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət…

Hikmət Hacıyev İran Prezidentinin müşaviri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Haıcyev İran İslam Respublikası Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə görüşüb. SİA xəbər verir ki, Prezidentin köməkçisi bununla bağlı rəsmi “X” sosial media hesabında paylaşım edib….

Ramazandan sonra sağlam qidalanma necə olmalıdır?

“Ramazandan sonra sağlam qidalanma mərhələli, diqqətli və balanslı şəkildə təşkil olunmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq və sağlam qidalanma mütəxəssisi Ceyhunə Yusifova deyib. O bildirib ki, çünki uzun müddət ac qalan bədən bir anda ağır və nəzarətsiz qidalanmaya keçərsə, bu…

Ağdaşda “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələr olacaq

Aprelin 4-də Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağdaşda keçiriləcək Aqrar Biznes Festivalı çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələrin təşkil edilməsi nəzərdə tutulur. SİA bu barədə nazirliyə istinadən xəbər verir. Sessiyada aqrar sektorun inkişafına töhfə verən maliyyə…

“Toyların formatları dini və milli dəyərlərimizi təhrif edir”

“Evlilik, bir sosial hadisə olaraq cəmiyyətin sağlam təməllər üzərində qurulması üçün önəmli bir elementdir. Cəmiyyətin düzgün inkişafı üçün ailələr sağlam və möhkəm təməllərə dayanan şəkildə qurulmalı və zamanla inkişaf etməlidir. Lakin son illərdə keçirilən toyların formatları bu prinsiplərə uyğun gəlmir…

“Azərbaycan müharibəni ədalətli şəkildə həll etməklə dünyaya nümunə göstərdi”

“Azərbaycan regionda sülhün bərqərar olmasında maraqlı ölkə olduğunu dəfələrlə sübut edib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Hüseynov deyib. O bildirib ki, 30 illik münaqişə dövründə beynəlxalq sənədlərə istinadən həll variantlarını Ermənistana təklif etsə də, qarşı tərəf hər fürsətdən istifadə…