Rusiya gecə ərzində Ukraynanın 49 PUA-sını vurub
Gecə ərzində Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri 49 Ukrayna pilotsuz uçuş aparatını məhv edib. SİA xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına əsasən, gecə saatlarında ümumilikdə 49 pilotsuz uçuş aparatı (PUA) Rusiya ərazisində zərərsizləşdirilib. Onlardan…
Avropada dünyanın ən güclü külək turbini quraşdırılıb
“Siemens Gamesa” dünyada ən güclü külək turbininin quraşdırılmasını başa vurdu. Bununla da Çin istehsalçılarına meydan oxudu. Avropa şirkətləri əsasən 14-15 MVt gücündə külək turbinləri istehsal etdiyi halda, “Siemens Energy”nin törəmə şirkəti Danimarka sularında 21,5 meqavatlıq turbin quraşdırıb. SİA “Interestingengineering” şirkətinə…
BMT-də Azərbaycanda minatəmizləmə fəaliyyətlərinə həsr olunmuş brifinq keçirilib
Nyu-Yorkda BMT-nin mənzil qərargahında Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanda Humanitar Mina Təmizləmə Fəaliyyəti vasitəsilə həyatların xilas edilməsi” adlı brifinq…
Netanyahu ABŞ-yə gedir
İsrailin Baş naziri Benyamin Netanyahu aprelin 7-də Ağ Evə səfər etməyi və ABŞ Prezidenti Donald Trampla görüşməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb. “Səfər planlaşdırıldığı kimi baş tutsa, Netanyahu rüsumlara son qoymaqla bağlı razılaşmanı müzakirə…
Rusiya yenə Krivoy Roqu vurdu
Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərinə zərbə endirib. SİA xəbər verir ki, bu barədə şəhərin Müdafiə Şurasının sədri Aleksandr Vilkul məlumat yayıb. Hücum nəticəsində 12 nəfər ölüb, 50 nəfər isə yaralanıb. Qeyd edək ki, Rusiya aprelin 2-də də Krivoy Roqa…
Papa Fransiskin səhhəti ilə bağlı müsbət irəliləyiş davam edir
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin səhhəti ilə bağlı müsbət irəliləyiş davam edir. SİA xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, pontifik dərman müalicəsini davam etdirir və mütəmadi olaraq tənəffüs fizioterapiyasından keçir, mexaniki ventilyasiya…
İsveçli jurnalist Viola Devis müxtəlifliklə bağlı sual verdiyi üçün müsahibədən uzaqlaşdırıldı
“P1 Kultur” radio proqramının əməkdaşı isveçli jurnalist Emma Enqström “G20” filminin efirə çıxması ilə əlaqədar amerikalı aktrisa Viola Devis ilə təşkil edilmiş onlayn müsahibədə iştirak edib. Devis filmdə qaradərili ABŞ Prezidenti rolunu oynayır. Lakin müsahibə gözlənilmədən yarımçıq kəsilib. Buna səbəb…
Fransa prezidentinin maraqlı vərdişi üzə çıxdı
Siyasi şərhçi Olivier Bomontun yeni kitabında Fransa Prezidenti Emmanuel Makronun qeyri-adi vərdişindən bəhs olunub. SİA xəbər verir ki, “Prezidentin qoxusu” adlı ayrıca fəsildə Bomont Makronun vərdişini ətraflı təsvir edir. Belə ki, prezident “Christian Dior”un “Eau Sauvage” ətrindən çox istifadə edir….
Ukraynanın bu şəhəri ballistik raketlə vuruldu
Rusiya Ukraynanın Krivoy Roq şəhərini ballistik raketlərlə vurub. SİA xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Məlumata görə, raket yaşayış massivinə düşüb. Nəticədə 14 mülki şəxs həlak olub. Onlardan 6-sı uşaqdır. 50-dən çox insan…
90 ölkədən 20 mindən çox zəvvar Vatikana toplaşacaq
Dünyanın 90 ölkəsindən 20 mindən çox zəvvar Vatikanda toplaşacaq. SİA xəbər verir ki, Vatikanda qeyd olunan Müqəddəs Yubiley İli çərçivəsində aprelin 5-6-da keçiriləcək Xəstə və Səhiyyə İşçilərinin Yubileyində xəstələr, həkimlər, tibb bacıları, əczaçılar, fizioterapevtlər və digər səhiyyə işçiləri daxil olmaqla…