Month: April 2025

Mingəçevirdə “Erkən müayinə can qurtarır!” adlı tibbi aksiya keçirilib

Mingəçevir şəhərində “Fərqindəlik” layihəsi çərçivəsində “Erkən müayinə can qurtarır!” adlı tibbi aksiya keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Fərqindəlik” layihəsinin rəhbəri Şəbnəm Həsənovanın verdiyi məlumata görə, Səhiyyə Nazirliyinin, “PAŞA Holding”in birgə təşkilatçılığı ilə reallaşan layihənin məqsədi əhalinin sağlamlığının…

Sankt-Peterburqda daha bir avtobus yanıb

…Sankt-Peterburqun Vasilyevski adasında, şənbə günü, aprelin 5-də, səfər zamanı avtobus yanıb. SİA-nın məlumatına görə,“Fontanka” yazır ki, sürücü tüstü hiss edib, saxlayıb və sərnişinləri buraxıb, bundan sonra Fövqəladə Hallar Nazirliyinə zəng edib. Avtomobili söndürmək üçün bütün cəhdlərə baxmayaraq, avtobus tamamilə yanıb….

Bəhreyn Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə Azərbaycanın sədrliyini dəstəkləyir

Bəhreyn Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə Azərbaycanın sədrliyini dəstəkləyir. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, bu barədə Bəhreyn Krallığı Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Əl-Musalam Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə danışıb. Bildirilib…

Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev aprelin 5-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, telefon danışığı əsnasında dövlət başçıları ikitərəfli və çoxtərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər. İqtisadi, ticari,…

Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müdafiə Nazirliyindən SİA-ya bildirilib ki, videobağlantı formatında keçirilən iclasda nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, hərbi birlik və birləşmə komandirləri, eləcə də Milli…

Müdafiə naziri Azərbaycan Ordusunun Ermənistanın istənilən təxribatının qarşısını almağa göstəriş verib

Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, o cümlədən son günlər Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələrini mütəmadi olaraq atəşə tutması, mövqelər üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirmə cəhdləri geniş müzakirə edilib. SİA xəbər verir ki, bu…

Azərbaycan banklarına qoyulan depozitlərin məbləği 7 % artıb

Bu il martın 1-nə Azərbaycan banklarının depozit portfeli 40 milyard 420,5 milyon manat təşkil edib. SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,6 %, ilin əvvəli ilə müqayisədə 0,4 %, ötən ilin eyni dövrünə nisbətən…

“Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır”

Dünya əhəmiyyətli enerji layihələrinin reallığa çevrilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən, iqtisadi artımın sürətinə görə dünya dövlətləri arasında öncüllüyünü qoruyan Azərbaycanın bütün sahələrdə, o cümlədən enerji sektorunda qazandığı təcrübə təqdir edilir. Enerji…

BDYPİ sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftə sonu ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. SİA xəbər verir ki, müraciətdə deyilir: “Həftə sonlarında əhalinin istirahət məkanlarına üz tutması, ailəvi ziyarətlərin və müxtəlif kütləvi tədbirlərin sayının artması ilə əlaqədar olaraq respublika yollarında…

Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının Koordinasiya iclası keçirilib

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanda Parlamentlərarası İttifaqın (PAİ) 150-ci Assambleyası çərçivəsində keçirilən Asiya Parlament Assambleyasının Koordinasiya iclasında çıxış edib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, Milli Məclisin sədri bildirib ki, bu, Asiya…