Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının Koordinasiya iclası keçirilib
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanda Parlamentlərarası İttifaqın (PAİ) 150-ci Assambleyası çərçivəsində keçirilən Asiya Parlament Assambleyasının Koordinasiya iclasında çıxış edib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, Milli Məclisin sədri bildirib ki, bu, Asiya…
Azərbaycan banklarının xalis xarici aktivləri 16 %-ə yaxın artıb
Bu ilin martın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 28 milyard 543,5 milyon manat təşkil edib. SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,8 %, ilin əvvəli ilə müqayisədə 7,3 %, ötən ilin martın 1-nə…
İlin əvvəlindən 11,6 min şəxsə əlillik təyin olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2025-ci ilin birinci rübü ərzində 11,6 min şəxsə əlillik təyin edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, onlardan 5 mininə ilkin, 6,6 mininə isə…
Cəlilabad və Masallının bir sıra kəndlərində elektrik təsərrüfatı yenilənir
“Azərişıq” ASC Cəlilabad və Masallı rayonlarının bir sıra kəndlərində elektrik təsərrüfatını yeniləyir. SİA bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə paytaxt və regionlarda…
“Euronews” telekanalı Azərbaycandakı mina problemindən bəhs edib
Avropanın informasiya kanalı “Euronews” Avropada mina probleminə həsr olunmuş reportaj hazırlayıb. Materialda Azərbaycana böyük diqqət ayrılıb. SİA xəbər verir ki, reportaj 4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Gününə təsadüf edir. Materialda vurğulanıb ki, Azərbaycan, Bosniya və…
Qızıl bir gündə 86 dollar ucuzlaşıb
Ötən gün əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti 86 dollar ucuzlaşıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 2,76% azalaraq 3,035.40 ABŞ dollarına…
Sabah Azərbaycanda 27 dərəcə isti olacaq
Sabah ölkə ərazisində 27 dərəcə isti müşahidə olunacaq. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı…
Azərbaycan manatının dövretmə sürəti azalıb
Bu ilin martın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,23 bənd təşkil edib. SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 0,03 bənd az, ilin əvvəli ilə müqayisədə 0,22 bənd az, ötən…
Ombudsman Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində nöqsanlar aşkarlanıb
Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə və Yevlax rayon Müvəqqəti Yerləşdirmə Mərkəzinə başçəkmələr həyata keçiriblər. SİA xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb. Bildirilib ki, BMT-nin “İşgəncə və digər…
“Bakı Biznes Mərkəzi”nin keçmiş direktoruna yeni vəzifə verilib
İqtisadiyyat Nazirliyinə məxsus “Bakı Biznes Mərkəzi” MMC-nin keçmiş direktoru Seyran Məmmədova yeni vəzifə verilib. SİA-nın əldə etdiyi məlumata görə, o, əmək və əhalinin sosial müdafiəsi nazirinin köməkçisi təyin olunub. Nazirlikdən faktı təsdiq ediblər. Xatırladaq ki, S.Məmmədov “Bakı Biznes Mərkəzi”nə 15…