Azərbaycan – Almaniya əlaqələrində yeni mərhələ
Almaniya Azərbaycanın Avropada vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına mühüm önəm verir. Dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan rəsmi Berlin Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırır və…
ADB “Bakı Metropoliteni”nin genişləndirilməsi üçün texniki yardımı təsdiqləyib
Asiya İnkişaf Bankı (ADB) “Bakı Metropoliteni”nin genişləndirilməsi layihəsi çərçivəsində texniki yardım üçün 225 min ABŞ dollarınin ayrılmasını təsdiqləyib. SİA-nın ADB-yə istinadən məlumatına görə, maliyyələşdirmə xüsusi texniki yardım fondundan həyata keçiriləcək.
21 mindən çox insana uşağın doğulmasına görə birdəfəlik müavinət ödənilib
Bu ilin yanvar-mart ayları ərzində 21 723 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödənilib. SİA xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, müavinət ödənişləri 10 100 nəfər qız,…
SOCAR-ın Qaz İxrac İdarəsi TOP10-luğa daxil olub
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderlik həmişəki kimi Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə (70,4 milyon ABŞ dolları) məxsus olub. SİA xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya…
Səyyar “ASAN xidmət” aprelin 28-dək bəzi rayonlarda xidmət göstərəcək
Səyyar “ASAN xidmət” aprelin 3-28-də Hacıqabulda, Qazaxda, Goranboyda, Xırdalanda, Qusarda, Yardımlıda, Beyləqanda, İsmayıllıda, Zaqatalada vətəndaşlara xidmət göstərəcək. Bu barədə SİA-ya “ASAN xidmət”dən məlumat verilib. Bildirilib ki, səyyar “ASAN xidmət” avtobusları həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 17:00-dək fəaliyyət…
Naxçıvanın bəzi yerlərində su kəsiləcək
Naxçıvan şəhərinin bəzi yerlərində içməli suyun verilişində fasilə yaranacaq. SİA-nın məlumatına görə, Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsi, Babək, Əlincə, 6-cı məhəllə, o cümlədən Hacıniyyət kəndini içməli su ilə təmin edən magistral xətdə baş verən qəza ilə bağlı suyun verilməsində fasilə…
Dəhşətli zəlzələdə ölənlərin sayı artdı
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3085 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə “Sinxua” Xəbər Agentliyi məlumat yayıb. Təbii fəlakət nəticəsində 4715 nəfər xəsarət alıb. Bildirilir ki, hazırda 341 nəfər itkin düşənlər siyahısındadır. “Bu səhərə olan məlumata görə, zəlzələ…
Faktiki hava açıqlanıb
Aprelin 3-ü saat 9:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata əsasən, ölkə ərazisinin əksər bölgələrində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti Kəlbəcərdə 21 m/s, Şahdağ və Qubada 20…
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,15% azalaraq 3 161.50 ABŞ dollarına bərabər olub….