Month: April 2025

Kursantların buraxılması və geri qayıtması qaydaları müəyyənləşir

Kursantların təhsil müəssisəsinin yerləşdiyi yerdən buraxılması və geri qayıtması qaydaları müəyyənləşir. SİA xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidməti Nizamnaməsinin təsdiq edilməsi haqqında” qanuna yeni maddələrin əlavə edilməsi təklif olunur. Layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və…

“Aİ Azərbaycanın enerji sahəsindəki çağırışlarına cavab verməzsə,…”

“Hal-hazırda Azərbaycan təxminən Avropa İttifaqının, Avropa Birliyinin qaza olan təlabatının 4 faizini ödəyir. Amma Avropa İttifaqı və Avropa komissarının da Azərbaycana səfəri zamanı təkidlər ondan ibarət oldu ki, Azərbaycan ən ağır ixracatı 2 dəfə artırsın. Amma dünyada yaşıl enerji, alternativ…

Azərbaycanda bir sıra generallar üçün vəzifədə olmanın yaş senzi ləğv edilir

Azərbaycanda bir sıra generallar üçün vəzifədə olmanın son yaş həddi müəyyən edilməyəcək. SİA xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişikliklər təklif edilir. Layihə Milli Məclisin Müdafiə,…

708 minə yaxın zərərli elektron poçt bloklanıb

Bu ilin I rübündə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 4 milyon 263 min 430 elektron məktubu emal edib. SİA-nın XRİTDX-in məlumatları əsasında apardığı hesablamalara əsasən, onlardan 3 milyon 555…

“Almaniya-Azərbaycan münasibətlərinə də yeni baxış lazım idi”

“Almaniya prezidentinin ölkəmizə səfəri və səfər çərçivəsində müzakirə olunan məsələlər iki ölkə arasında həm iqtisadi, həm humanitar, mədəni sahədə inkişaf üçün nə qədər perspektivlərin olduğunu göstərdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti qeyd…

Türkiyə Azərbaycanın mina problemi ilə bağlı yaranmış təhlükəsizlik narahatlıqlarını bölüşür

Türkiyə Azərbaycanın mina problemi ilə bağlı yaranmış təhlükəsizlik narahatlıqlarını bölüşür. SİA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. “Biz mina çirklənməsinin uzun müddətdir ciddi təhlükə yaratdığı Əfqanıstan kimi ölkələrin, eləcə də işğaldan azad edilmiş ərazilərdə çoxlu…

Ötən il Azercell-in Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 95%-ə çatıb

Azercell-in Əlaqə Mərkəzi 2024-cü ildə telefon zəngləri, səsli virtual assistent, çat bot və onlayn çat kimi müxtəlif kommunikasiya kanalları vasitəsilə 4 milyondan çox müraciəti cavablandırıb İl ərzində Azercell-in Telefon Mərkəzi 3 milyona yaxın zəng qəbul edib. Bir…

Azərbaycanda 5 domen bloklanıb

Bu ilin I rübündə Azərbaycanda dövlət qurumlarının adına bənzər 5 saxta domen bloklanıb. SİA-nın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37 % azdır. Yanvar-mart aylarında ölkədə 9…

İlham Əliyev seneqallı həmkarını təbrik edib

Prezident İlham Əliyev Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Fayeyə təbrik məktubu göndərib. SİA xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Seneqal Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik…

Ümummilli Liderə həsr olunan roman Ankarada işıq üzü görüb

Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin himayədarlığı ilə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Duman çəkiləndə” romanı Ankarada işıq üzü görüb. Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, ibrətamiz məhəbbət dastanı olan bu əsər Böyük Qarabağ…