“Bu, sadəcə mövqe deyil, həm də çağırış idi”
“ADA Universitetində keçirilən Beynəlxalq Forumda Azərbaycanın Prezidenti bir sıra məsələlərə toxundu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib. O bildirib ki, Prezident mümkün yeni dünya nizamında bu nizamı təyin edən qlobal aktorlardan Azərbaycanın münasibətini şərh etdi: “Əslində yeni dünya…
EIB Azərbaycanda “yaşıl layihə”lərə maraq göstərir
Avropa İnvestisiya Bankı (EIB) Azərbaycanda bərpa olunan enerji, “yaşıl hidrogen”, dayanıqlı nəqliyyat, bələdiyyə infrastrukturunun inkişafı, enerji səmərəliliyi və enerji şəbəkələrinin modernləşdirilməsi ilə bağlı layihələri dəstəkləməkdə maraqlı olduğunu bildirib. Bu barədə SİA-ya EIB-dən məlumat verilib. Bankdan bildiriblər ki, Azərbaycan hidrogen ixracı,…
Rafael Qvaladze “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Rafael Sergeyeviç Qvaladze 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasının məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Leyla Əliyevanın təşəbbüsü ilə sənədli film nümayiş olunub
Nizami Kino Mərkəzində aprelin 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “İndi al! Müştəriyə tələ” sənədli filmi nümayiş olunub. SİA xəbər verir ki, tədbirin açılışında nümayişə qatılan 400-ə yaxın gəncə məsuliyyətli istehlakın…
Milli Məclisin plenar iclasının gündəliyi dəyişib
Milli Məclisin aprelin 11-də keçiriləcək plenar iclasının gündəliyi dəyişib. SİA xəbər verir ki, iclasın gündəliyinə Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ daxil edilib. İclasın gündəliyi aşağıdakı kimi müəyyənləşib: 1. X.R.Vəliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi…
Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülüb
Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu növbəti dəfə regionun lider hava limanı statusunu təsdiqləyərək “Mərkəzi Asiya və MDB-nin Ən Yaxşı Hava Limanı” nominasiyasında nüfuzlu “Skytrax World Airport Awards” mükafatına layiq görülüb. SİA bu barədə aeroporta istinadən xəbər verir. Məlumata görə, mükafat…
YAP Sədrinin müavini Hakan Fidanın dəvəti ilə Türkiyəyə səfər edib
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkiyə xarici işlər naziri Hakan Fidanın dəvəti ilə Türkiyəyə səfər edib. Bu barədə SİA-ya YAP-dan məlumat verilib. Qeyd edilib ki, səfərin məqsədi Türkiyə Prezidentinin himayədarlığı ilə bu ölkənin…
Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,54 ABŞ dolları, yaxud 5,23 % azalaraq 64,11 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 62,69…
Ceyhun Bayramov Türkiyəyə səfər edəcək
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edəcək. SİA-nın əldə etdiyi xəbərə görə, Ceyhun Bayramov Antalya Diplomatiya Forumuna qatılacaq. Beynəlxalq tədbirə Azərbaycan Milli Məclisinin bir sıra üzvləri də qatılacaqlar. Qeyd edək ki, forum aprelin 11-13-də keçiriləcək.
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Aprelin 9-da Amerika fond bazarlarında Dow Jones indeksi 7.87% – 40,608.45 bəndədək, S&P 500 indeksi 9.52% – 5,456.90 bəndədək, Nasdaq indeksi isə 12.16% – 17,124.97 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 9-da FTSE 100 indeksi 2.92% –…