Month: April 2025

“Azərbaycanın maraqları gözardı edilməməlidir”

“Almaniya Prezidentinin Qafqaza səfəri ərəfəsində onun sosial şəbəkə hesabından edilən paylaşım təbii ki, Azərbaycan tərəfindən ciddi narazılıqla qarşılandı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, burada mövcud olmayan keçmiş qondarma xunta rejiminin əski parçasının fotosunun yayılması…

Bakıda 30-cu Yubiley Bakı Enerji Həftəsi keçiriləcək

İyunun 2-4-də Bakıda enerji sahəsinin ən böyük hadisələrindən olan 30-cu Yubiley “Bakı Enerji Həftəsi” (“Baku Energy Week”) baş tutacaq. SİA sərgilərin təşkilatçıları olan “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətlərinə istinadən xəbər verir ki, tədbirin açılış mərasimində Prezident İlham Əliyev…

Zəngəzur dəhlizinin açılması Orta dəhlizin inkişafına təkan verəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Liu Ciançaonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Çinin Sədri…

“Aprel döyüşləri bizim ruhumuzun qələbəsidir”

“Aprel döyüşlərinin hərb tariximizdə özünəməxsus yeri var”. Bu sözləri SİA-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib. O bildirib ki, məhz Aprel döyüşləri bizim ruhumuzun qələbəsidir: “Bölgədəki vəziyyəti dəyişdi. Ermənistan və bütün dünya…

Tam əminəm ki, bu səfər Azərbaycan-Almaniya əlaqələrinə yeni müsbət təkan verəcək

Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcək. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında səsləndirib. Dövlətimizin başçısı qeyd edib: “İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii…

Sabah yağış yağacaq, güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında aprelin 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə…

Bərpaolunan enerji sahəsində Azərbaycanın çox böyük planları var

Bərpaolunan enerji sahəsində, harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. SİA xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında səsləndirib. “Biz xarici investorların sərmayəsi hesabına…

Bakıda beynəlxalq simpozium keçiriləcək

Bakıda “Müasir din təhsili modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusunda beynəlxalq simpozium keçiriləcək. SİA xəbər verir ki, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə…

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankının (AMB) Data departamentinin Data idarəedilməsi şöbəsinə yeni rəis təyin edilib. SİA xəbər verir ki, bu vəzifə aprel ayından Vüqar Məsimova həvalə edilib. Qeyd edək ki, o daha əvvəl AMB və Maliyyə Bazarlarına Nəzarət Palatasında müxtəlif vəzifələrdə çalışıb.

Ştaynmayer Bakı və İrəvanı sülh sazişini tezliklə imzalamağa çağırıb

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Bakı və İrəvanı sülh sazişini tezliklə imzalamağa çağırıb. SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxış edən Almaniya Prezidenti bildirib.