Month: April 2025

Hesablama Palatası ötən il dövlət qurumlarına 50 məlumat təqdim edib

Hesablama Palatası 2023-cü ildə həyata keçirdiyi audit və analitik fəaliyyətlər çərçivəsində müəyyən etdiyi uyğunsuzluqlarla bağlı Nazirlər Kabineti daxil olmaqla, mərkəzi icra hakimiyyəti orqanları, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarına ümumilikdə 50 məlumat təqdim edib. SİA xəbər verir ki, bu barədə…

Zərifə Əliyeva-ləyaqət və dəyanət simvolu

15 Aprel – Azərbaycan qadınının bariz siması, nümunəvi bir timsalı olan Zərifə xanım Əliyevanın növbəti anım günüdür. Biz Zərifə xanımı hər zaman böyük ehtiramla, sevgi ilə anırıq. O, sözün əsl mənasında həm sağlığında, həm də vəfatından sonra Azərbaycan qadınının simvoluna…

Tramp və Bukele birgə mesaj veriblər

ABŞ prezidenti Donald Tramp və El Salvador prezidenti Nayib Bukele sərhəd təhlükəsizliyi və ABŞ tərəfindən Salvadorda yaxalanan cinayətkarların həbsi ilə bağlı eyni mövqedə olduqlarını vurğulayaraq, birlikdə işləmək mesajı veriblər. SİA xarici KİV-ə istinadən xəbər verir ki, iki lider zorakılıq törədən…

Bu ilin yanvar-fevral ayında Azərbaycanda 10 mindən çox ölüm halı qeydə alınıb

Bu ilin ilk iki ayında ölkədə 10 min 461 ölüm halı qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd olunub ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,2-dən…

“Zərifə xanım Əliyeva böyük alim, ictimai xadim, kübarlıq, səmimiyyət və qayğıkeşlik nümunəsi idi”

“Bəşəriyyət özünü dərk edəndən həyatın və ölümün mənasını anlamağa çalışır, xoşbəxtliyin nə olduğunu öyrənməyə can atır. Müdriklərin qənaəti bundan ibarətdir ki, insanın xoşbəxtliyi etdiyi yaxşılıqlar qədərdir, insanın yaşla ölçülən ömrü quru bir statistikadır, insanın əsl ömrü xatırlandığı qədərdir. İnsan dünyasını…

ADY-də növbəti təyinat olub

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) növbəti kadr dəyişikliyi olub. SİA Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, ADY-nin Təchizat departamentinin müdiri vəzifəsinə Fərid Hüseynov təyin edilib. F. Hüseynov 1988-ci ildə anadan olub. 2009-cu ildə Xəzər Universitetində “Maliyyə və kredit ixtisası” üzrə…

Azərbaycan SES-lərində elektrik enerjisinin istehsalı kəskin artıb

Bu ilin 1-ci rübündə Azərbaycanda elektrik enerjisinin istehsalı 7 171,8 mln. kVt-saat, ixracı 385 mln. kVt-saat, idxalı isə 35,7 mln. kVt-saat olub. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Bu ilin 1-ci rübündə…

Aİ Fələstinə təxminən 1,6 milyard avro dəyərində maliyyə yardımı edəcək

Avropa İttifaqı (Aİ) Komissiyası 2025-2027-ci illər arasında Fələstin Muxtariyyətinə təxminən 1,6 milyard avro məbləğində maliyyə yardımı paketinin veriləcəyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Birliyi yeni üç illik paketlə Fələstinə maliyyə dəstəyini artıracağını açıqlayıb. Aİ Komissiyasından verilən…

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Aprelin 14-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.78% – 40,524.79 bəndədək, S&P 500 indeksi 0.79% – 5,405.97 bəndədək, Nasdaq indeksi isə 0.64% – 16,831.48 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 14-də FTSE 100 indeksi 2.14% –…

Azərbaycanın parçalanmış dünyada diplomatiyanı bərpa etmək cəhdləri

2025-ci ilin 11-13 aprel tarixlərində qardaş Türkiyədə IV Antalya Diplomatik Forumu keçirildi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak etdi və çox mühüm görüşlər keçirdi. Forumda qlobal parçalanmaların artdığı bir…