Month: April 2025

Azərbaycan SES-lərində elektrik enerjisinin istehsalı kəskin artıb

Bu ilin 1-ci rübündə Azərbaycanda elektrik enerjisinin istehsalı 7 171,8 mln. kVt-saat, ixracı 385 mln. kVt-saat, idxalı isə 35,7 mln. kVt-saat olub. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Bu ilin 1-ci rübündə…

Aİ Fələstinə təxminən 1,6 milyard avro dəyərində maliyyə yardımı edəcək

Avropa İttifaqı (Aİ) Komissiyası 2025-2027-ci illər arasında Fələstin Muxtariyyətinə təxminən 1,6 milyard avro məbləğində maliyyə yardımı paketinin veriləcəyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Birliyi yeni üç illik paketlə Fələstinə maliyyə dəstəyini artıracağını açıqlayıb. Aİ Komissiyasından verilən…

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Aprelin 14-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.78% – 40,524.79 bəndədək, S&P 500 indeksi 0.79% – 5,405.97 bəndədək, Nasdaq indeksi isə 0.64% – 16,831.48 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 14-də FTSE 100 indeksi 2.14% –…

Azərbaycanın parçalanmış dünyada diplomatiyanı bərpa etmək cəhdləri

2025-ci ilin 11-13 aprel tarixlərində qardaş Türkiyədə IV Antalya Diplomatik Forumu keçirildi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak etdi və çox mühüm görüşlər keçirdi. Forumda qlobal parçalanmaların artdığı bir…

Şahin Bağırov Ağstafada vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Ağstafada Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA komitəyə istinadən xəbər verir ki, qəbul aprelin 21-də saat 10:00-da Ağstafa rayon Heydər Əliyev Mərkəzində (ünvan: Ağstafa şəhəri, Hüseyn Arif küç.1) baş…

Kriptovalyuta bazarının son göstəriciləri

Aprelin 15-də kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti artıb. SİA xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:35-də “CoinMarketCap” platformasında son 24 saatda 1.32% bahalaşaraq 85 605 ABŞ dolları təşkil edib. Son bir gündə “Ethereum”un qiymətində də artım…

Afrika əsilli şəxslərin Daimi Forumunun 4-cü sessiyası keçiriləcək

2025-ci ilin 14-17 aprel BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Afrika əsilli şəxslərin Daimi Forumunun 4-cü sessiyası keçiriləcək. SİA xəbər verir ki, bu dəfəki sessiyada Bakı Təşəbbüs Qrupu və onunla yaxından əməkdaşlıq edən Fransa və Niderlandın müstəmləkələrində müstəqillik uğrunda mübarizə aparan siyasi…

Bu ilin ilk iki ayında 570 əkiz, 33 üçəm doğulub

Bu ilin yanvar-fevral aylarında doğulan əkiz və üçəmlərin sayı açıqlanıb. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,8 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,2 faiz olub….

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,47% artaraq 3 241,55 ABŞ dollarına bərabər olub. COMEX-də…

Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib

Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Lu Mey aprelin 14-də diplomatik vəzifəsinin icrasına başlamaq üçün Bakıya gəlib. Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyindən SİA-ya bildirilib ki, Lu Meyi hava limanında Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri, həmçinin Çin səfirliyinin əməkdaşları və yüksək…