Almaniyanın şimalındakı limanda partlayış baş verib…
…Almaniyanın Şlezviq-Holşteyn əyalətinin Niendorf icmasında qaz balonu partlayıb.
SİA xəbər verir ki, bu barədə cümə axşamı, mayın 1-də Abendblatt qəzetində məlumat verilib.
Verilən məlumata görə, hər şey yerli limanda baş verib. İlkin məlumata görə, hadisə nəticəsində 10 nəfər xəsarət alıb. Hazırda mütəxəssislər partlayış baş verən ərazini mühasirəyə alıb və içəridəki bütün insanlar təxliyə edilib.
Niendorfdakı liman kiçik ölçüdə olduğundan adətən balıqçılıq və əyləncə gəmiləri ilə məşğul olur. Nəşr bildirir ki, o, təxminən 100 il əvvəl tikilib.
…Aprelin 26-da KİV İranın Hörmüzqan əyalətinin fövqəladə hallar departamentinin rəhbərinə istinadən İranın cənubundakı Bəndər Abbas limanında güclü partlayışın baş verdiyini xəbər verib. Daha sonra 15-ə yaxın təcili tibbi yardım maşını, eləcə də yaxınlıqdakı yaşayış məntəqələrindən 4 təcili tibbi yardım avtobusu sürətlə hadisə yerinə gəlib.
…Bundan əlavə, aprelin 29-da Londonun Maida Vale elektrik yarımstansiyasında güclü yanğın baş verib. İlkin olaraq elektrik transformatoru yanıb. Daha sonra yanğın qonşu yaşayış binasının damına keçib, mütəxəssislər oradan 80-ə yaxın insanı təxliyə ediblər.
Əli Babayev