Azərbaycan və Xorvatiya mərzçəkmə sahəsində təcrübə mübadiləsi aparıb
Azərbaycan və Xorvatiya arasında mərzçəkmə sahəsində təcrübə mübadiləsi aparılıb. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, qurumla Xorvatiyanın Dövlət Geodeziya İdarəsi arasında videokonfrans formatında görüş keçirilib.
Görüşdə torpaqların idarə edilməsi, onların təyinatı üzrə istifadəsi, innovativ əmlak idarəetmə həlləri üzrə göstərilən elektron xidmətlər və bu sahədə tətbiq olunan yeniliklər, məkan vahidlərinin reyestri, mərzçəkmə sahəsində təcrübə mübadiləsi aparılıb.
Tərəflər milli məkan məlumatları infrastrukturunun qurulması, Coğrafi İnformasiya Sistemi məlumatlarının və torpaqların idarə edilməsi, geodeziya və kadastr sahəsində ikitərəfli əməkdaşlıq təkliflərini nəzərdən keçiriblər.