Dünya

Husilər ABŞ-ın F-18 təyyarəsini vurduqlarını iddia etdilər


Ənsar Allah (Husi) hərəkatının üsyançılarının Qırmızı dənizdə ABŞ-ın “Harri Truman” təyyarədaşıyan gəmisinə hücumu nəticəsində Amerikanın F-18 qırıcısı vurulub. SİA xəbər verir ki, bu barədə Husilərin nümayəndəsi Yəhya Sariaya istinadən “Al Masirah” telekanalı məlumat yayıb. “Harry Truman” təyyarədaşıyan gəmisinə qarşı əməliyyat nəticəsində F-18 qırıcısı vurulub və ölkəmizə qarşı hava hücumunun qarşısı alınıb”, – Saria jurnalistlərə bildirib.