Siyasət

Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verib


Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verib. SİA xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq qərar layihəsi müzakirə edilib.

Qeyd edilib ki, Azərbaycan Konstitusiyasına əsasən, Prezidentin təqdimatı ilə Milli Məclis Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir.

Qərar layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul olunub.

Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi. Onun səlahiyyət müddəti bu gün başa çatır.