Zelenski 76 rusiyalıya qarşı sanksiya tətbiq edib…
Ukrayna prezidenti Vladimir Zelenski “Rosatom” dövlət nüvə enerji korporasiyasının baş direktoru Aleksey Lixaçev də daxil olmaqla 76 nəfərə qarşı sanksiya tətbiq edib.
SİA-nın məlumatına görə, müvafiq sərəncamlar dövlət başçısının saytında yerləşdirilib.
Həmin şəxslərin siyahısına Zelenskinin ofisinin keçmiş müşaviri Aleksiy Aretoviç (Rosfinmonitorinqin terrorçu və ekstremistləri siyahısına daxildir), jurnalist Anastasiya Kaşevarova və Bratsk şəhərinin keçmiş meri Sergey Serebrennikov da daxildir.
Onların hamısı Ukraynanın dövlət mükafatlarından məhrum ediləcək və aktivləri bloklanacaq.
Novatek, Arctic LNG 1 və Yamal LNG də daxil olmaqla bir çox Rusiya şirkəti də sanksiyalara məruz qalıb.
Aprelin ortalarında Zelenski bir sıra rusiyalılara, o cümlədən bir neçə idmançıya və idman rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.
Əli Babayev