Bəzi yerlərdə küləkli və yağıntılı hava müşahidə olunur
Ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə edilir.
SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir və Biləsuvarda şimşək çaxır, arabir yağış yağır.
Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Kəlbəcər, Altıağac və Daşkəsəndə saniyədə 18 metrədək güclənir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18, Aran rayonlarında 23, Naxçıvanda 28, dağlıq rayonlarda 16 dərəcəyə çatır.