BMT Rusiya hərbi əsirlərinə işgəncə verilməsindən narahatdır..?
Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə Qarşı Komitəsi Ukraynada əsir götürülmüş ruslara qarşı qanunsuz hərəkətlər barədə məlumatlardan narahatlığını bildirib.
Komitə üzvləri hərbi əsirlərlə bağlı vəziyyətə həsr olunmuş məruzədə öz mövqelərini bildiriblər.
…Komitə Ukrayna silahlı qüvvələri və hərbi polisi tərəfindən Rusiya hərbi əsirlərinin törədildiyi iddia edilən cinsi zorakılıq, pis rəftar, təhdid, təhqir və qanunsuz öldürülmə də daxil olmaqla işgəncə iddialarından narahatdır.
Təbii ki, SİA bunu rus saytlarına istinadən xəbər verir.
…Onlar əlavə ediblər ki, Ukraynanın özü qeyri-rəsmi işgəncə saytlarının mövcudluğunu inkar edir. Bununla belə, BMT həmçinin Kiyevi işgəncə və ya qəddar rəftar nəticəsində rus əsgərlərinin görünən xəsarətləri ilə bağlı xəbərləri “qeyri-adekvat qeydə almaqda” ittiham edib.
Bununla bağlı Komitə üzvləri Ukrayna Baş Prokurorluğunun hərbi cinayətlərlə bağlı başlatdığı 20 istintaqı yaxından izləməyi planlaşdırır.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Kiyevi qəddar üsullardan istifadə etməkdə ittiham etmişdi. O, bildirib ki, Ukrayna qoşunlarının mülki şəxslərə işgəncə verməsi və baş verənləri videoya çəkməsi “adi təcrübəyə” çevrilib.
Əli Babayev