Kabab bişirmək rusa iki milyon rubla başa gəlib…
…Udmurtiya sakini kabab bişirmək istəyərkən iki evi yandırıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında verdiyi məlumata görə, uğursuz yemək ona təxminən iki milyon rubla başa gəlib.
…Sepıç kəndində 72 yaşlı kişi öz əmlakında kabab bişirirmiş, lakin o, yanğın təhlükəsizliyi məsafəsini nəzərə almayaraq, manqalları binalara yaxın qoyub və…
SİA-nın məlumatına görə, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin Udmurtiya Baş İdarəsinin inzibati təcrübə və təhqiqat şöbəsinin rəis müavini Roman Vatlin deyib.
..Yanğın nəticəsində təqaüdçünün və onun qonşusunun evləri, əlavə tikililər yanaraq yararsız hala düşüb.
Dağıdılan əmlakın ümumi sahəsi 600 kvadratmetr, zərər isə 1,8 milyon rubl təşkil edib.
İndi kişi təzminat ödəməlidir və məhkəmə onu daha 10 min rubl cərimələyib.
…Bu arada, Transbaikaliyada polis genişmiqyaslı meşə yanğınında şübhəli bilinən günahkarı müəyyən edib. Təhlükəsizlik qüvvələrinin məlumatına görə, kişi qəsdən quru otları yandırıb. Yanğına nəzarəti itirən şübhəli şəxs heç kimə xəbər vermədən sadəcə olaraq hadisə yerindən uzaqlaşıb.
Nazlı Almuradova