Dünya

Rusiyanın avtomobil parkı 5-10 il ərzində iki dəfə azalacaq…


…“Mavi vedrələr” hərəkatının nümayəndəsi Petr Şkumatovun fikrincə, qarşıdakı illərdə Rusiya avtomobil parkı yarıya qədər azala bilər. İndi əsas məsələ avtomobillərin yenilənməsidir, getmiş markaları geri qaytarmaq deyil, çünki avtomobillərin mövcudluğu ilə bağlı vəziyyət kritik həddə yaxınlaşır. İstənilən yeni avtomobilin, o cümlədən aşağı yürüşü (2-3 il) olan avtomobillərin bazara daxil olması mütləqdir.

Bu, kəskin çatışmazlığın qarşısını almağa kömək edəcəkdir. Şkumatov xatırladıb ki, 2008-ci il iqtisadi böhranından əvvəl, illik satışların 2,5 milyon ədədə çatdığı zaman alınmış avtomobillərin kütləvi şəkildə dövriyyədən çıxarılması tezliklə başlayacaq.

SİA-nın məlumatına görə, 2025-ci ildə cəmi 1,2 milyon avtomobilin satılacağı proqnozlaşdırılır.

Maşınların sayının azalmasının ciddi fəsadları olacaq. Avtomobil sürücüləri istehlak bazarının mühüm hissəsidir, onun ətrafında inkişaf etmiş xidmətlər, təmir və ehtiyat hissələri təchizatı şəbəkəsi formalaşmışdır.

Mütəxəssis vurğulayıb ki, avtomobil parkının əhəmiyyətli dərəcədə azalması bu infrastrukturun eyni miqyasda fəaliyyət göstərə bilməyəcəyi ilə nəticələnəcək.

Nazlı Almuradova