…Və indi də Norveçdəki neft emalı zavodu yanır…
…Norveçin Monqstad şəhərində neft emalı zavodunda yanğın baş verib.
SİA xəbər verir ki, bu barədə NRK teleradio şirkəti yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.
Jurnalistlərin sözlərinə görə, hadisə yerində təcili yardım xidmətləri işləyir, obyekt də təxliyə edilib.
Ölən və yaralananlar barədə məlumat yoxdur.
Daha sonra NRK polisə istinadən aydınlaşdırıb ki, yanğın artıq söndürülmək üzrədir, yəni artıq onun yayılma riski yoxdur.
Aprelin ortalarında Komsomolsk-na-Amurda neft emalı zavodunda güclü yanğın baş verib. Yanğın 300 kvadratmetr ərazini əhatə edib.
Mart ayında Tuapse neft emalı zavodunda dron hücumundan sonra yanğın başlamışdı. Təxminən 20 min ton benzin olan çən yanıb. Yanğın dörd min kvadratmetrdən çox ərazini əhatə edib. Yanğına dördüncü təhlükə dərəcəsi təyin edilib. Yanğının söndürülməsində 188 nəfər və 55 ədəd xüsusi texnika iştirak edib.
Əli Babayev