Vyetnam KP Mərkəzi Komitəsinin Baş katibi Azərbaycana səfər edəcək
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycana səfər edəcək. SİA xəbər verir ki, bu barədə Vyetnam Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 5-12 may tarixləri arasında o, Qazaxıstan, Azərbaycan, Rusiya və Belarusa dövlət səfərləri edəcək.
Azərbaycana səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçiriləcək.