Peskov Putinin may bayramları zamanı sıx iş qrafikini açıqlayıb
Rusiya prezidenti Vladimir Putin mayın 7-dən 10-a kimi gərgin iş günlərini planlaşdırır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
…Mən sizə deyə bilərəm ki, bizdə 7, 8, 9 və 10 may – çox gərgin, hətta deyərdim ki, günlər deyil, dörd gündür.
Bunu Kremlin sözçüsü bildirib.
Peskov qeyd edib ki, bu günlərdə Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlər, həmçinin xarici qonaqların səfərləri gözlənilir.
Lakin gələn həftənin əvvəlində ətraflı açıqlama veriləcək. Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Kremldə ABŞ dövlət katibi Marko Rubionun mayın 9-u qeyd etmək üçün Moskvaya səfəri barədə məlumat yoxdur.
Nazlı Almuradova