Avropa ölkəsində stansiyada qatarlar toqquşub
Rumıniyada iki qatarın toqquşması nəticəsində 24 nəfər xəsarət alıb.
SİA xəbər verir ki, bu barədə “Digi 24” telekanalı məlumat yayıb.
Hadisə mayın 4-də Dobruca vilayətinin Konstansa şəhərinin dəmir yolu vağzalında baş verib.
Polisin məlumatına görə, hadisə nəticəsində 24 nəfər xəsarət alıb. Yeddi nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Daha 17 zərərçəkmiş həkimlər tərəfindən yerində müayinə olunub və xəstəxanaya yerləşdirmə tələb olunmayıb.
Eyni zamanda, Avropa ölkəsinin nəqliyyat və infrastruktur naziri Sorin Qrindeanu sosial şəbəkədəki səhifəsində insident zamanı ciddi xəsarət alanların olmadığını bildirib.
RİA Novosti-nin dəqiqləşdirdiyi kimi, Rumıniya Dəmir Yolları Milli Şirkəti bildirib ki, IR 1586 sərnişin qatarı stansiyadan yola düşməyə hazırlaşarkən “marşrutun dəyişdirilməsi manevri” həyata keçirən IR 1688 qatarı ilə toqquşub.
…Bundan əvvəl Belarusda sərnişin qatarının inək sürüsü ilə toqquşub. Belarus Dəmir Yolunun mətbuat mərkəzinin məlumatına görə, insident mayın 1-i cümə axşamı axşam saatlarında Obol-Qluşanino hissəsində baş verib.
Əli Babayev