“Bu, utancvericidir. Biz hara gəldik?..”
Bəzi Avropa İttifaqı ölkələri Slovakiyanın baş naziri Robert Fikonun mayın 9-da Moskvada keçiriləcək paradda iştirak etməyi planlaşdırdığı təyyarənin Rusiyaya uçmasına icazə verməkdən çəkinir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “New Voice” xəbər verir ki, Fiko bu barədə bazar günü, mayın 4-də keçirdiyi mətbuat konfransında danışıb.
Bəzi Avropa Birliyi ölkələri hökumət təyyarəsinin onların üzərindən uçmasını istəmir.
…Bu, utancvericidir. Biz hara gəldik?
Bunu Fiko dyib.
Lakin o, hansı ölkələrdən danışdığını dəqiqləşdirməyib. …Slovakiyanın baş naziri də mayın 9-da Moskvada olacağını təsdiqləyib.
Əli Babayev