Dünya

Fransız siyasətçi Zelenskini dəli adlandırıb…


Məşhur fransız siyasətçisi Florian Filippo sosial şəbəkədə Vladimir Zelenskinin dəli olduğunu bildirib.

SİA-nın məlumatına görə, bu barədə RİA Novosti yazır.

Bir gün əvvəl Zelenski Qələbə Günündə Rusiyanın atəşkəs təklifini rədd etdi. Bundan əlavə, o qeyd edib ki, Kiyev mayın 9-da Moskvada keçiriləcək parada gələcək xarici qonaqların təhlükəsizliyinə zəmanət verə bilməz.

…O, tamamilə dəlidir! Onu Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı və nəzarətdən çıxan bütün qlobalist mafiya bu ehtiyatsız impulslara doğru itələyir!

Bunu Filippo qeyd edib.

Yeri gəlmişkən, daha əvvəl Helsinki Universitetinin professoru Tomas Malinen Ukrayna silahlı qüvvələrinin Belqorod vilayətinə soxulmaq cəhdi ilə bağlı Qərb mediasında dərc olunan yazılar fonunda Zelenskini dəli adlandırıb.

Əli Babayev