Dünya

Həkimlər ayı hücumuna məruz qalan kişinin həyatı üçün çarpışırlar…


…Başqırdıstan Respublikasının Beloretsk xəstəxanasının həkimləri ayının hücumuna məruz qalan 70 yaşlı kişinin həyatı üçün mübarizə aparırlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, fövqəladə hadisə bazar günü Abzelilovski rayonunun Şaripovo kəndində baş verib.

Daha əvvəl RG yazıb ki, Beloretsk vilayəti ilə sərhədə yaxın dağlıq meşəlik ərazidə ayı yerli sakinə hücum edib.

Hadisənin bütün hallarını aydınlaşdırmaq üçün Respublika Ekologiya Nazirliyinin dövlət müfəttişi İlnur Sultanov hadisə yerinə gəlib.

Zərərçəkmiş son dərəcə ağır vəziyyətdə Beloretsk Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun çoxsaylı sınıqları və kəsikləri var.

Əli Babayev