Sosial

Nazir Anar Əliyev Xaçmazda vətəndaşları qəbul edəcək


Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev mayın 16-da Xaçmaz rayonunda Xaçmaz və Qusar rayonlarının sakinlərini qəbul edəcək. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.

Bildirilib ki, qəbul zamanı vətəndaşların ƏƏSMN-nin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 5 – 7 may tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.