Ağ evdə ABŞ və Kanada liderləri arasında görüş keçirilir
Ağ evdə ABŞ Prezidenti Donald Tramp və Kanadanın Baş naziri Mark Karni arasında görüş keçirilir.
SİA-nın məlumatına görə, görüş ABŞ-ın Kanadaya tətbiq etdiyi rüsumla əlaqədar münasibətlərin gərgin olması fonunda baş tutur. İki ölkənin liderləri ilk dəfədir bir araya gəlirlər.
Xatırladaq ki, görüşdən bir saat əvvəl Tramp sosial mediada Kanadanı tənqid edərək onların heç nəyinə ehtiyaclarının olmadığını bildirib.