Siyasət

Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək. SİA xəbər verir ki, səfər Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin dəvəti ilə baş tutacaq.

QMİ sədri mayın 7-8-də İstanbulda keçiriləcək 28-ci Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək.

Vəqfin 40-cı ildönümü ərəfəsində dünyanın müxtəlif ölkələrini təmsil edən dövlət rəsmiləri, nüfuzlu din xadimləri, siyasətçilərin iştirak edəcəyi zirvədə Şeyxülislam Allahşükür Paşazadə fəxri qonaq kimi iştirak və çıxış edəcək.