Dünya

Avropa komissarı Rusiya qazından imtina planını təqdim edir


…Strasburqda keçirilən mətbuat konfransında Avropa Komissiyasının (AK) Rusiya qazından və digər enerji mənbələrindən imtina etmək planı təqdim edilib.

SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Danimarkanın enerji məsələləri üzrə Avropa komissarı Dan Yorgensenin sözlərinə görə, Brüssel Rusiya ilə yeni qaz müqavilələrindən imtinanı və spot alışı hələ 2025-ci ildə həyata keçirmək niyyətindədir.

…2027-ci ilin sonuna qədər mövcud uzunmüddətli müqavilələr çərçivəsində boru kəməri qazı və LNG idxalını qadağan etmək planlaşdırılır.

Materialda həmçinin güman edilir ki, qadağa uran, zənginləşdirilmiş uran və nüvə yanacağının tədarükünə şamil olunacaq və Euratom Rusiya nüvə yanacağı ilə bağlı yeni müqavilələrin bağlanması eləcə də mövcud müqavilələrin uzadılması üçün icazələrin verilməsini dayandıracaq.

Əli Babayev