İspaniya hakimiyyəti iş həftəsini qısaltmaq niyyətindədir…
…İspaniya hökuməti iş həftəsinin uzunluğunu azaltmaq təşəbbüsünü davam etdirir.
Yaxın vaxtlarda nazirlər müvafiq sənədi öyrənəcəklər. Baş nazir Pedro Sançes bazar ertəsi Barselonada keçirilən işgüzar iclasda layihəyə baxılacağını bildirib.
Bir qayda olaraq, qanun layihələri hökumət tərəfindən təsdiq edildikdən sonra baxılmaq üçün parlamentə təqdim olunur. Qarşıdan gələn qanun layihəsi parlamentdə mürəkkəb təsdiq prosesindən keçməlidir, onun deputatlardan kifayət qədər dəstək qazanma perspektivləri şübhə altındadır.
SİA-nın məlumatına görə, Sançes daha qısa iş həftəsinə üstünlük verən bir neçə sol partiyanın, eləcə də biznes maraqlarını təmsil edən iki qrupun da daxil olduğu müttəfiqlər koalisiyasının dəstəyinə ümid edir.
Qeyd edək ki, katolikyönlü müxalifətin nümayəndələri həftəlik iş yükünün indiki 40 saatdan 37,5 saata endirilməsi ilə razılaşmadıqlarını dəfələrlə bəyan ediblər.
İş vaxtının azaldılması ilə bağlı qanun layihəsinin sponsoru əmək naziri və kiçik koalisiya tərəfdaşı Sumarın rəhbəri Yolanda Diazdır.
Diazın layihəsinin ilkin variantının ilk müzakirəsi fevral ayında kabinetdə baş tutub.
Bundan əvvəl İspaniya hökumətinin başçısı Avropa İttifaqı ölkələrində ifrat sağçı hərəkatların artması ilə bağlı narahatlığını ifadə edib.
Əli Babayev