Siyasət

“Məsələnin Rusiya tərəfindən ciddi araşdırılmasını gözləyirik”


“Azər Badamovun yaşadığı bu hadisədən olduqca təəssüflənirik. Azər Badamov hakim Yeni Azərbaycan Partiyasının üzvüdür”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Azər Badamov həmçinin Rusiya ilə Dostluq Qrupunun üzvüdür: “Hər zaman öz çıxışlarında və fəaliyyətində Azərbaycanın qonşu dövlətlərlə münasibətinin inkişafına dəstək verən fikirlər bildirib.

Moskva Hava Limanında Azər Badamova qarşı olan münasibət heç də ürəkaçan olmadı. Hesab edirəm ki, Rusiya rəsmi hakimiyyət orqanları bu məsələni araşdırıb müvafiq izahat verəcəklər. Azərbaycan və Rusiya qonşu dövlətlərdir. Bir-birilərinə həmişə hörmətlə yanaşıblar. Belə məsələlərdə kifayət qədər həssas olmaq lazımdır. Məsələnin Rusiya tərəfindən ciddi araşdırılmasını gözləyirik”.