Miqrantlar Belarus sərhədində polşalı sərhədçini yaralayıblar…
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Polşa Sərhəd Xidmətinin məlumatına görə, Belarus sərhədində miqrantlar tərəfindən polşalı sərhədçi yaralanıb.
Məlumata görə, Belarus tərəfdən gələn miqrantlar sərhədçilərə daş atıblar; Polşa xidmətinin əməkdaşlarından biri yaralanıb, lakin onun həyatı üçün təhlükə yoxdur.
Patrul maşınına da ziyan dəyib.
Ümumilikdə, son 24 saat ərzində Polşa sərhədçiləri Belarusla sərhəddə 80 qanunsuz giriş cəhdi qeydə alıb.
Səkkiz nəfər saxlanılıb.
Əli Babayev