Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
Mayın 23-də, saat 09:30-da əqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Goranboy, Xocalı rayonları və Naftalan şəhərinin sakinlərini qəbul edəcək. SİA nazirliyə istinadən xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula mayın 22-nə qədər nazirliyin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.