Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş idman festivalı keçirilib
Bu gün “OCEP” layihəsi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş idman festivalı keçirilib. SİA-nın verdiyi məlumata görə, 6 may tarixində Bakı şəhəri 7 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə hazırlanmış festivalda Milli Olimpiya Komitəsinin nümayəndələri, Niderlandın Azərbaycanda fövqaladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndələri və valideynlər iştirak ediblər.
Festivalda Ulu Öndər haqqında hazırlanmış stendlər, idman oyunları və şagirdlərin rəsm işləri nümayiş olunub. Festivalda ilk olaraq Azərbaycan Respublikasının dövlət himni səsələndirilib və daha sonra festival açıq elan olunub.
Festivalda xüsusi milli rəqslərimiz şagirdlər tərəfindən nümayiş olunub. Daha sonra isə Olimpiya məşəli meydana gətirilib. Daha sonra isə Niderlandın Azərbaycandakı səfiri xanım Pauline Eizemanın çıxışı baş tutub. Daha sonra isə gimnastların xüsusi çıxışı baş tutub. Sonda 7 nömrəli məktəbin şagirdi Musa Muradın ifası səslənib.