ABŞ Azərbaycanın NATO ilə davamlı əməkdaşlığını dəstəkləyir
ABŞ Azərbaycanın NATO ilə davamlı əməkdaşlığını dəstəkləyir. SİA xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ-nin müvəqqəti işlər vəkili Hüqo Qevara Tbilisidə yerləşən NATO-nun Əlaqələndirmə Ofisinin rəhbəri Aleksandr Vinnikovla görüşüb. Görüşdə NATO ilə tərəfdaşlıq fəaliyyəti və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub.
Qeyd olunub ki, Birləşmiş Ştatlar Azərbaycan hərbi qulluqçularının “NATO-Gürcüstan 2025” kompüter dəstəkli taktiki komanda-qərargah təlimində iştirakını yüksək qiymətləndirir və Azərbaycanın NATO ilə davamlı əməkdaşlığını dəstəkləyir.