AMB-nin sədrinin müşaviri vəzifəsindən azad edilib
Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müşaviri Ziya Əliyev vəzifəsindən azad edilib, Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti vəzifəsinə təyinat alıb. SİA xəbər verir ki, o indiki vəzifəsinə bu ilin fevral ayında təyin edilmişdi.
Ziya Əliyev bundan əvvəl AMB-nin baş direktoru vəzifəsini tutub.