Azərbaycan və İraq arasında əlaqələrin genişləndirilməsi vacibdir
Azərbaycan İraqdan olan tələbələrə, eləcə də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) digər üzv ölkələrinin nümayəndələrinə təqaüdlər və qrantlar təqdim edir. SİA xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 7-də Bağdadda iraqlı həmkarı Fuad Hüseynlə birgə mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, ölkələr bir çox sahələrdə əlaqələri genişləndirməyi hədəfləyir və istiqamətlərdən biri də təhsildir.