Bakı ilə İraqın bir sıra şəhərləri arasında birbaşa reyslərin bərpası təklif edilib
İraqın xarici işlər naziri Fuad Hüseyn Bakı ilə İraqın bır sıra şəhərləri arasında birbaşa hava əlaqəsinin bərpa edilməsini təklif edib. SİA-nın məlumatına görə, o, bu barədə Bağdadda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.