Dünya

Kreml Rusiya və ABŞ arasında danışıqların gedişatını şərh edib


Rusiya ilə ABŞ arasında danışıqlar da eyni templə davam edir.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

…Xeyr, bu mümkün deyil, – deyə rəsmi jurnalistlərin Rusiya-Amerika danışıqlarının tempinin səngidiyini söyləmək mümkün olub-olmaması ilə bağlı sualına cavab verib.

Eyni zamanda, Uşakov vurğulayıb ki, Rusiya tərəfi ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında növbəti təmaslarla bağlı hələlik razılıq əldə olunmayıb. Bundan əvvəl Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bəyan etmişdi ki, Rusiya və Amerika diplomatik missiyalarının işinin normallaşdırılması ilə bağlı danışıqlarda “məlum bir irəliləyiş” yoxdur.

Əli Babayev